Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 10:41:14
Qabiliyyət imtahanları üçün tələb olunan ödənişlərin məbləği

V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanıb.

Abituriyentləri maraqlandıran əsas məqamlardan biri qabiliyyət imtahanlarına tələb olunan ödənişlərin məbləğidir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentin cari ildə ilk seçdiyi komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Azı bir dəfə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər isə V qrupun ixtisasları üzrə qabiliyyət imtahanında iştirak etmək üçün 1 komissiya üzrə 30 Azn ödəməlidirlər.

Orta ixtisas təhsili müəssisələri üçün bu məbləğ 20 Azn müəyyənləşdirilib.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, qeydiyyat iyunun 20-dən iyulun 3-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları