Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 14:22:00
Universitetə imtahansız qəbul olmaq istəyən kollec məzunları üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı çap olundu

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.

AzEdu.az xəbər verir ki, jurnalı iyunun 21-dən etibarən əldə etmək mümkün olacaq

Bu xüsusi buraxılışda “2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə SUBBAKALAVRLARIN QƏBULU ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunmuşdur. Qəbul aparılan ixtisasların uyğunluğu DİM ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunub. 

Jurnalı iyunun 21-dən etibarən DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: 

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.