Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 13:30:00
Diplomunun tanınması üçün müsahibəyə dəvət edilən namizədlər nə etməlidir? - RƏSMİ CAVAB

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Nostrifikasiya prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində müraciətçilərin Akkreditasiya və Nostrifikasiya İdarəsində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə iştirak etmək zərurəti yarana bilər. Müsahibənin məqsədi adətən tədris dilində ünsiyyəti yoxlamaqdır.

Bəümumiyyətlə müsahibə zamanı nələrə diqqət yetirmək lazımdır?

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq sualın cavabını təqdim edir. 

-Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat müraciətçilərə elektron ərizə vasitəsi ilə bildirilir. Müsahibələr yalnız Akkreditasiya və Nostrifikasiya İdarəsində keçirilir. Müsahibəyə dəvət olunan namizədlər müsahibədə iştirak etmək üçün öz şəxsiyyət vəsiqələrini (hərbi qulluqda olanlar hərbi biletlərini) təqdim etməlidirlər.

Müsahibə zamanı audio-video çəkiliş aparılır və müsahibələr ortalama 15 dəqiqə davam edir.

Müraciət edənlərdən aşağıdakı qaydalara riayət etmələri xahiş olunur:

  1. Elektron ərizə vasitəsilə təqdim olunan məlumatların doğruluğunun yoxlanılması məqsədilə müsahibəyə təyin olunan vaxtdan 15 (on beş) dəqiqə əvvəl gəlmək;
  2. Üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyiniz təqdirdə, öncədən [email protected]elektron poçt ünvanına yazmaqla Akkreditasiya və Nostrifikasiya İdarəsini məlumatlandırmaq;
  3. Müsahibənin həyata keçirilməsini çətinləşdirən hərəkətlərə yol verməmək.

Öncədən təyin olunmuş vaxt ərzində müsahibədə iştirak etməmələri səbəbindən sənədlərinin icraatı dayandırılmış (sənədləri arxivləşdirilmiş) müraciətçilərin müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə [email protected] elektron poçt ünvanına yazmalıdırlar.

Nəzərə almaq lazımdır ki, müsahibədə məlumat vermədən iştirak etmədikdə və ya təyin olunmuş vaxtdan fərqli vaxtda müsahibəyə gəldikdə sizin müraciətinizə baxılmasında ciddi gecikmələr yarana bilər.  

Qeyd edək ki, təhlükəsizlik zərurəti ilə əlaqədar olaraq, müsahibədə yalnız müraciətçi şəxsiyyət vəsiqəsini təqdim edərək iştirak edə bilər. Bu səbəbdən, müsahibədə iştirak etmək üçün Akkreditasiya və Nostrifikasiya İdarəsinə gedərkən kənar şəxsləri (valideyn, dost və s.) dəvət etməməyiniz faydalıdır.