Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 15:37:00
Portuqaliyada oxumaq istəyənlərin mütləq bilməli olduğu detallar- Cavablar AzEdu-da

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Elə buna görə də hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyurlar.

AzEdu.az bu dəfə Portuqaliyada təhsillə bağlı sual və cavabları təqdim edir.

-Portuqaliyada bakalavr və magistr təhsil səviyyəsinin müddəti nə qədərdir?

-Portuqaliyada bakalavr təhsilinin müddəti 3 ildir. Magistr təhsilinin müddəti 1, bəzi universitetlərdə isə 1.5 və  2 illikdir

-Portuqaliya universitetlərində əsasən tədris hansı dillərdə olur?

-Portuqaliya ali təhsil müəssisələrində tədris daha çox ingilis dilindədir. Amma bəzi  universitetlərdə  tədris portuqal dilindədir. Həmçinin, müəyyən sayda universitetlərdə var ki, oradakı  tədris ispancadır.

-Oradakı universitetlərə qəbul olmaq üçün IELTS balı nə qədər tələb olunur?

-Azərbaycanlı tələbənin IELTS 5.5 nəticəsi varsa Portuqaliyanın istənilən universitetlərində təhsil ala bilər.

-Portuqaliyada tibb sahəsi üzrə illik təhsil haqqı nə qədərdir?

-Portuqaliya ali təhsil müəssisələrində tibb sahəsi üzrə təhsil 10 min avrodan başlayır.  Tibb sahəsi üzrə oxumaq üçün əcnəbi tələblərdən 12 illik təhsil sistemi tələb olunur

-Oradakı universitetlərdən əldə edilən diplomlar Azərbaycanda tanınır?

-Portuqaliya universitetlərin diplomu həm Azərbaycanda  həm də Avropada tanınır.

-Portuqaliyada təhsil almaq üçün tələbə vizasını necə əldə etmək olar?

-Portuqaliyada təhsil almaq üçün viza şərtləri çox asandır. Viza üçün bank hesabında təxminən 4000 avro olması kifayət edir.  Amma onu da qeyd edək ki, viza prosesinin müddəti 2-3 aydır.

-Portuqaliya ali təhsil müəssisələrində yalnız attestatla qəbul olmaq mümkündür?

-Portuqaliya universitetlərində yalnız attestatla qəbul olmaq mümkündür. Amma Portuqaliya  universitetlərində yalnız attestatla qəbul olmaq istəyənlər mütləq “Foundation” keçməlidirlər.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları