Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 12:24:00
Xarici universitetlərin doktorantura diplomunun tanınması üçün hara müraciət etməli? - Rəsmi

Xəbər verdiyimiz kimi xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

AzEdu.az xaricdə təhsil istiqaməti ilə bağlı ən çox verilən suala cavabı təqdim edir:

Doktorantura pilləsi üzrə xarici universitetdən alınan ixtisasın nostrifikasiyası üçün nə edilməlidir?

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinin 7.4-cü bəndinə uyğun olaraq, yalnız ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə alınmış ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi həyata keçirilir.

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir. 

Qeyd edək ki, sual https://ani.edu.gov.az/ saytına istinadən cavablandırılıb

Günel Yaşarqızı
Müəllifin digər yazıları