Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 10:06:00
Builki MİQ müsabiqəsinin nəticəsi neçə il qüvvədə qalacaq? - Rəsmi

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun cari ilin 24 iyun tarixində başlanılması planlaşdırılır.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək

Bəs MİQ müsabiqəsinin nəticəsi 2 ildən artıq qüvvədə saxlanıla bilər?

Namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, MİQ müsabiqəsinin nəticəsi 2 ildən artıq qüvvədə saxlanılmır.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən təşkil edilir. Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları