Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 12:33:00
Xaricdə təhsillə bağlı ən çox verilən suallar və cavabları

Xarici universitetlərdə təhsil almaq bir çox gənclərin arzusudur. Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.

Xaricdə təhsil istiqaməti ilə bağlı ən çox verilən sualların cavabını təqdim edir:

Orta ixtisas təhsili haqqında xaricdə aldığım diplom üzrə ixtisasımın nostrifikasiyası üçün nə etməliyəm?

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, yalnız ali təhsil (bakalavriat və magistratura səviyyələri) üzrə alınmış ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi həyata keçirilir.

Təhsil almaq istədiyim xarici ali təhsil müəssisəsinin beynəlxalq reytinq səviyyəsi barədə necə məlumat əldə edə bilərəm?

-Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli hər il müxtəlif mənbələr tərəfindən dərc olunur. Belə mənbələrə (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) məxsus məlumatlarla tanış olmaq üçün internet axtarış sistemlərindən istifadə edə bilərsiniz.

Təhsil Nazirliyi tərəfindən ölkə ərazisində tanınan xarici ali təhsil müəssisələrinin rəsmi olaraq təsdiq olunmuş adlı siyahısını necə əldə edə bilərəm?

-Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib.

Xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir.  

Qeyd edək ki, sual https://ani.edu.gov.az/ saytına istinadən cavablandırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları