Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 11:20:00
Bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olmalıdırmı? – İxtisas seçərkən diqqətli olun

İyunun 8-də 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına ixtisaslaşma seçimi başlayıb.

Seçim iyunun 18-dək aparılacaq.

İxtisaslaşma seçiminə 2018-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Bəs bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması zəruridirmi?

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq sualın cavabını təqdim edir.

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan, bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs, magistratura səviyyəsində digər (fərqli) ixtisasların ixtisaslaşmaları üzrə təhsil aldığı halda, həmin sənəd üzrə alınmış ixtisasın ölkə ərazisində ekvivalentliyinin müəyyən olunması mümkün deyildir.