Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 09:46:00
UNİSEF: İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq var

UNİSEF İtaliyada 1,2 milyon kimsəsiz və yoxsul uşaq olduğunu açıqlayıb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə UNİSEF-in İtaliyadakı nümayəndəsi Françesko Samenqo söyləyib.

O, Romada könüllülərin toplantısında çıxış edərək 18-24 yaş arası italyan gənclərin 25,7 faizinin təhsil almadıqlarını və işləmədiklərini söyləyib. “İtaliya elə bir ərazi olmalıdır ki, biz − UNİSEF burada əvvəlki illərlə müqayisədə daha əzmlə çalışaq”,- deyə F.Samenqo vurğulayıb.