Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 14:42:47
Müəllimlərin yerdəyişməsi imtahanda uğur qazana bilməyənlər əvvəlki iş yerlərini itirəcəklər? - Rəsmi cavab  

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Bəs hazırda işləyən müəllimlər yerdəyişmə müsabiqəsində uğurla keçə bilmədikdə  əvvəlki iş yerlərindən azad olunurlar?

Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, hazırda işləyən müəllimlər yerdəyişmə müsabiqəsində uğurla keçə bilmədikdə  əvvəlki iş yerlərindən azad olunmurlar.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib, 4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə imtina verilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları