Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 14:03:00
Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün 403 nəfər qeydiyyatdan keçib

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 10-u saat 23.59-da yekunlaşacaq.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat 12.30-a olan məlumata görə, 2-ci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin sayı (Azərbaycan bölməsi üzrə 355, rus bölməsi üzrə 48) 403 nəfərdir.

Xatırladaq ki, qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmayacaqlar.