Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 11:33:00
Magistraturaya ixtisaslaşma seçimi davam edir  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 10-u saat 11.30-a olan məlumata görə, ümumilikdə 1113 nəfər (Azərbaycan bölməsi üzrə 986, rus bölməsi üzrə 127 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.