Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 09:33:00
Buraxılış imtahanlarına Azərbaycan tarixi fənni əlavə ediləcək? – RƏSMİ CAVAB  

Sosial şəbəkələrdə abituriyentlər arasında gələn il qəbul qaydalarında dəyişiklik ediləcəyiylə bağlı müzakirələr aparılır.

İddialara görə, növbəti tədris ilindən buraxılış imtahanlarına Azərbaycan tarixi fənni də əlavə olunacaq.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, növbəti tədris ilində qaydalarda heç bir dəyişiklik edilməyəcək.

İmtahan fənlərində hər hansı dəyişiklik edilməsi də nəzərdə tutulmur.

Xatırladaq ki, 2019-cu ildən ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları kurikulum standartları əsasında həyata keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları