Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 16:41:00
Sabahdan magistraturaya ixtisaslaşma seçimi başlayır

Sabahdan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

İxtisaslaşma seçimi 2018-ci il iyunun 7-dən 18-dək aparılacaq.

Müsabiqəyə 2019-cu ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları