Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 16:01:00
Yerdəyişmə müsabiqəsinin müsahibə mərhələsi olacaq?-Müəllimlər üçün dəqiq cavab

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

AzEdu.az-ın məlumatına görə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin ümumilikdə 3-24 iyun tarixlərini əhatə edəcək.

 Müsabiqəyə elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq.

Bəs yerdəyişmə müsabiqəsinin müsahibə mərhələsi var?

Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, yerdəyişmə müsabiqəsinin müsahibə mərhələsi yoxdur.

Qeyd edək ki, yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər cari tədris ilində keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları