Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 12:50:00
Azərbaycan təhsilin SABAH-ı – Ən güclülər arasında olmaq üçün verilən imtahan - FOTO  

SABAH qruplarına 2019/2020-ci tədris ili üçün tələbə seçimi müsabiqəsinin imtahan mərhələsi keçirilib.

İmtahan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  təşkil olunub.

SABAH qrupları icra komitəsinin tələbələrlə iş üzrə meneceri Ulduz Qəhrəmanzadə  imtahan prosesini izləyən AzEdu.az əməkdaşına açıqlamasında imtahan prosesi haqqında məlumat verib

“İmtahan ingilis dili və məntiq üzrə aparılır.Hər fənn 50 sualdan ibarətdir.Onlarıcavablandırmaq üçün tələbələrə 2 saat 30 dəqiqə vaxt verilir.Bu müddət ərzində tələbələr həm suallara cavab verməli, həm də cavab kartlarını doldurmalıdılar.

SABAH qruplarına qəbul bir neçə mərhələdən ibarətdir.İlk olaraq.  tələbələr haqqında məlumatlar toplanılır. Burada onların akademik göstəriciləri, universitetə qəbul balları əsas götürülür.Bu şərtləri ödəyən tələbələr ikinci mərhələyə buraxılır.İkinci mərhələ isə test imtahanıdır.Burada tələbələr 100 sualıcavablandırırlar.Bu mərhələdən uğurla keçə tələbələr 3-cü müsahibə mərhələsinə buraxılırlar.Burada tələbələrin ixtisas bilikləri, dünyagörüşü, SABAH qruplarına olan maraqları əsas götürülür. Yekunda isə tələbələrin bu 3 mərhələdə olan balları toplanılır.Buna əsasən tələbələr ya qəbul olunur, ya da müsabiqədən kənarlaşdırılırlar”.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu may ayının 6-dan 19-dək aparılıb. Bu müddət ərzində 32 ixtisas üzrə 1977 tələbə elektron qaydada qeydiyyatdan keçib. Müraciət etmiş namizədlərdən 1942 nəfərin ərizəsi müsbət qiymətləndirilərək, imtahan mərhələsinə buraxılıb.

Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 12 ali təhsil müəssisəsini və 2300-dən çox tələbəni əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 50 sual olmaqla, ümumilikdə 100 sualı cavablandırıblar.

Nəticələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdiriləcək. İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Müsabiqədən uğurla keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər. 

Şükufə Süleymanlı