Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-02 13:26:00
Təqaüd İmtahanında - İştirak et, qalib ol , pulsuz təhsil al!

Varşavada yerləşən Economics and Human Sciences Universitetindən möhtəşəm təklif!

Bakıda keçiriləcək olan imtahanda qalib olaraq tamamiylə pulsuz və ya 10%-dan 50% -a qədər təhsil haqqına endirim əldə edə bilərsiniz. İmtahan Bakalvr və Magistr təhsilini İngilis dilində almaq istəyənlər üçün nəzərdə tutulub. İmtahan 9 İyun tarixində keçiriləcəkdir, qeydiyyatdan keçən hərkəsə imtahanın keçiriləcəyi məkan və digər məlumatlar bildiriləcəkdir. İmtahanda 50 İngilis dili və 50 Məntiq sualı olacaq, səhv düzü aparmır, 1 sual , 1 bala bərabərdir.

  1. İmtahan və müsahibə nəticəsinə görə fərqlənən 2 nəfər tamamiylə pulsuz təhsil alacaq.
  2. İmtahan və müsahibə nəticəsinə görə fərqlənən 4 nəfər, təhsil haqqına 50 % endirim alacaq.
  3. İmtahan nəticəsinə görə 7,8,9,10 və 11-ci yeri tutan 5 iştirakçı, təhsil haqqına 30% endirim alacaq.
  4. İmtahan nəticəsinə görə 12 – 21- ci yeri tutan 10 iştirakçı, təhsil haqqına 15% endirim alacaq.
  5. İmtahanda iştirak edən hər kəs minimum 10% təhsil haqqına endirim alacaq.

 İmtahanın keçiriləcəyi ünvan:

Azadlıq prospekti 1, Park İnn by Radisson Hotel, Bakı. 

İmtahan saat 10:00 -da başlayacaqdır, imtahan müddəti 3 saatdır. İmtahandan öncə Universitetin nümayəndəsi universitet haqqında qısa bir prezentasiya da təqdim edəcəkdir. 

 QEYD:

1) İmtahan nəticəsinə görə ilk 6 nəfər, müsahibəyə mərhələsinə dəvət ediləcək, müsahibə nəticəsinə görə fərqlənən 2 nəfər tamamiylə pulsuz , 4 nəfər isə təhsil haqqına 50% endirim alacaq.

2) Endirim bütün təhsil müddətini əhatə edəcəkdir, tək şərtimiz tələbə oxuduğu müddətdə qiymət ortalamasının 5 üzərindən 4.2-dən aşağı düşməməsidir. Pulsuz oxumaq və ya endirimli oxumaq üçün əla motivasiyadır.

3) Imtahan prosesi Universitetin rəsmi nümayəndə heyyəti tərəfindən keçiriləcəkdir.

4) Hal hazırda Universitetimizdə ortalama illik təhsil haqqı 1500-2200 Avrodur, yəni imtahanda iştirak edib təhsil haqqınızı pulsuz və ya 10-50% arasında endirim ala bilərsiniz.

 Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin sürəti və imtahanda iştirak üçün 20 AZN ödəniş etməyiniz lazımdır.

 Qeydiyyat üçün ofis Ünvanı :

Cəfər Cabbarlı 44 , Caspian Plaza , 3-cü korpus, 4-cü mərtəbə, Apply-Uni Education office.

 Əlaqə nömrəsi:

+994 55 527 10 40 ( zəng və ya WhatsApp )

+994 55 267 40 10 ( WhatsApp )