Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 13:30:00
Azərbaycanda SAT imtahanları necə keçirilir?-Zəruri bilgilər

İngilisdilli ölkələrdə təhsil almaq üçün həmin universitetlərin əksəriyyəti ingilis dili haqqında sənəd tələb edir. Dünyada ən məşhur ingilis dili imtahanlarından biri də  SAT-dır.

SAT (Scholastic Aptitude / Assessment Test) - Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və əcnəbi vətəndaşlardan tələb olunan imtahandır.

SAT imtahanına IX, X, XI  sinifdə oxuyanlar, məktəb və ya universitet məzunları, təhsilini Amerika, eləcə də Türkiyədə davam etdirmək istəyən bütün gənclər müraciət edə bilərlər.

Azərbaycanda SAT imtahanın keçirilməsində mərkəz rolunu oynayan Dövlət İmtahan Mərkəzidir.  

İmtahan vaxtının bölgüsü və müddəti:

Oxuma testi - 65 dəqiqə;

 Yazı və dil üzrə test - 35 dəq;

Riyaziyyat testi (kalkulyator olmadan) - 25 dəq;

Riyaziyyat testi (kalkulyator olmaqla) - 55 dəq;

Seçim - Esse - 50 dəq.

İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:

İmtahanlara qeydiyyatdan keçmək üçün “College Board”-un internet səhifəsində şəxsi hesab açmaq:

- “College Board” təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://sat.collegeboard.org/register) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;

Şəxsi hesab yaratdıqdan sonra, “My organizer” vasitəsilə "SAT Registration" bölməsinə daxil olmaq;

“Register” bölməsinə bir daha daxil olub, şəxsi məlumatlarınızı təhlükəsizlik məqsədi ilə yenidən daxil etmək;

İmtahana qeydiyyat üçün tələb olunan suallara cavab vermək (Qeydiyyat zamanı təhsil aldığınız orta məktəb haqqında məlumatı qeyd etməli olduğunuz xanada təqdim olunan "Find my school" funksiyasını aktivləşdirin və açılan yeni pəncərədən "Outside the United States" seçimini edib, ölkə xanasında Azərbaycan adını seçin və axtarışı başlayın. Çıxan siyahıda məktəbin adı olmasa, "Can't find your high school?" funksiyasına müraciət edin və açılan yeni pəncərədəki seçimdən, “My School is not listed” seçmək lazımdır).

Qeydiyyatdan keçmək üçün öncədən hazırlanması tələb olunan vəsaitlər:

Elektron faylda fotoşəkil;

Plastik ödəniş kartı (SAT imtahanının esse ilə ödənişi - 92.50 ABŞ dolları, esse daxil olmadan ödənişi isə 81.00 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü linkdə: https://sat.collegeboard.org/register/intl-services-fees ).

Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 5 gün qalmışa qədər əlavə gecikmə rüsumunu ödəyərək qeydiyyatdan keçmək mümkün olur   

İmtahana daxil olmaq üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. SAT imtahanına daxil olmadan öncə imtahanı vermək istəyənlərin ciddi hazırlaşmaları və sınaq testlərində özlərini yoxlamaları tövsiyə olunur

 2019-cu ildə SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

 1 iyun, 5 oktyabr, 7 dekabr…

Qeyd edək ki, sualların məzmunu və ya cavabların emal edilməsi ilə bağlı olan məsələlər DİM-in səlahiyyətinə daxil deyil.

Günel Yaşarqızı
Müəllifin digər yazıları