Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 14:19:51
Müəllimlərin yerdəyişməsi müsabiqəsi hansı tarixdə keçiriləcək? - RƏSMİ CAVAB  

Müəllimlərin yerdəyişməsi müsabiqəsi iyun ayının əvvəlində  keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu il ötən illərlə müqayisədə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişiklərin edilməsi planlaşdırılmır.

Bəs, müəllimlərin yerdəyişməsi müsabiqəsi iyun ayının hansı günlərində keçirilməsi gözlənilir?

Müəllimlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, yerdəyişmə müsabiqəsinin keçirilməsi iyun ayının əvvəli üçün nəzərdə tutulub. Hazırda keçirilmə tarixi ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, yerdəyişmə müsabiqəsində yalnız daimi əsaslarla işləyən müəllimlər iştirak edə bilərlər. Yəni orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları