Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 13:13:00
Təhsil Nazirliyinə diplomların tanınması üçün müraciət edənlərin sayı açıqlandı

Bu il ərzində Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı ən çox müraciət edilən ölkə adları məlum olub.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova müraciətlərin daha çox MDB ölkələrindən, əsasən Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və Avropa ölkələrində təhsil almış şəxslərdən daxil olduğunu bildirib.

O qeyd edib ki, bu il xaricdə təhsilini bitirən şəxslərin diplomlarının tanınması ilə bağlı İdarəyə 1245 nəfər müraciət edib: "Ötən il diplomların tanınması ilə bağlı 3637 müraciət daxil olub".