Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 15:47:30
Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmayacaq? – “Mediaya açıqlanacaq”  

Sosial şəbəkələrdə yayılan məlumata görə, Türkiyənin Ali Təhsil Qurumu – YÖK- Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Yəni bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər.

“Bu universitetlərin  Türkiyənin Ali Təhsil Qurumu tərəfindən "tanınmayan” ali məktəblər siyahısına daxil edilməsinə dair heç bir rəsmi sənəd yoxdur”.

Bu sözləri AzEdu.az-a “Improveer International” təhsil şirkətinin rəhbəri, Türkiyədə təhsil üzrə mütəxəssis Pərviz İsmayıllı bildirib.

O, vurğulayıb ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən rəsmi açıqlamanı gözləmək lazımdır:

“Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən Gəncə Texnologiya  Universiteti və Odlar Yurdu Universitetinin "tanınmayan” universitetlər siyahısına daxil edilməsinə dair heç bir rəsmi sənəd mövcud deyil”.

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev də bildirib ki, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edilməsinə dair YÖK tərəfindən hələ ki, rəsmi açıqlama olmayıb:

“Türkiyənin etibarlı mənbələrindən əldə etdiyimiz məlumata görə, Türkiyə Yüksək ÖyrətimKurumu (YÖK) qərar qəbul edib ki,  Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti "tanınmayan” universitetlər siyahısına salınıb. Amma bununla bağlı YÖK tərəfindən hələ ki, rəsmi açıqlama olmayıb.Onu da qeyd edim ki, siyahı hazırda yenilənir.Əlavə  olaraq bildirim ki, irəliləyən həftələrdə mətbuata rəsmi açıqlama verilməlidir. Əgər rəsmi açıqlama öz təsdiqini taparsa, düşünürəm ki,  qeyd edilən universitetlərin tanınmasına səbəb təhsil “keyfiyyəti” ola bilər. Çünki bu universitetlərin Azərbaycandakı nüfuzu nədir ki, beynəlxalq aləmdə  də nə olsun?!

Onu da  bildirim ki, Odlar Yurdu Universiteti “Mövlana” proqramında aktiv iştirak edən ali təhsil müəssisəsidir. Ancaq bu Odlar Yurdu Universitetinin təhsildə keyfiyyətli olmasından  xəbər vermir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları