Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 15:00:00
Gənc müəllim kitab yazdı - FOTO

Lənkəran rayon Boladi kənd orta məktəbinin müəllimi Eldar Ilqaroğlunun “Hamı təkdir bu dünyada” adlı şeir və hekayələrden ibarət yeni kitabı işıq üzü görüb.

AzEdu.az xəbər verir ki, bu müəllifin ilk kitabıdir. O, hazırda yeni kitablar üzərində işləyir.

Həmin kitabdan olan bir şeir parçasını təqdim edirik:

Bir gün ölsən, heç kim bilməz.

Nələr çəkdi bu dunyada.

Baxma qohum,dostu çoxdu.

Hamı təkdi bu dünyada.

Qeyd edək ki, Eldar İlqaroğlu 15.05.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.2002-2006-illərdə Azərbaycan Ali Hərbiçilik məktəbini bitirib.2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət etmişdir. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.

Biz də gənc müəllimə yaradıcılıq uğurları arzulayırıq..

Şükufə Süleymanlı