Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 11:58:51
Məmur olmaq istəyənlərin nəzərinə - Sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə mayın 31-də, iyunun 7-də və 14-də keçiriləcək. İmtahanlar mayın 31-də saat 14:30-da, iyunun 7-də saat 10:00-da, iyunun 14-də isə saat 14:00-da başlanacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq mayın 31-də saat 13:00-da, iyunun 7-də saat 09:00-da, iyunun 14-də saat 13:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. DİM bunu təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edir.