Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-28 15:51:17
Buraxılış imtahanının vunderkindi:“700 bal toplamaq üçün yay imtahanlarına qatılacağam”

"Yeni tipli suallar sadəcə diqqət tələb edir. Bir çox şagird bu sualları diqqətsizlikdən səhv cavablandırıb. Yeni qaydalarla keçirilən imtahanlarda suallar heç də çətin deyil"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 21 apreldə keçirilən buraxılış imtahanlarında maksimum bal toplayan Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin şagirdi Şəhriyar Səmədov  deyib. O, imtahanlara bir neçə ildir, hazırlaşdığını bildirib:

"II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında Riyaziyyatdan bir sualda yanlışlığa yol verdim. Bununla belə, yay qəbul imtahanlarında iştirak edib 700 bal toplamaq niyyətindəyəm. Məqsədim Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olunmaqdır.

Buraxılış imtahanlarına əlavə olunan yeni tipli suallar sadəcə diqqət tələb edir. Bir çox şagird bu sualları diqqətsizlik ucbatından səhv cavablandırıb. Yeni qaydalarla keçirilən imtahanlarda suallar heç də çətin deyil".

Xatırladaq ki, 21 apreldə keçirilən buraxılış imtahanında 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları)  onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları