Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-27 17:30:01
Ezamiyyə xərcləri alimləri qane edə bilirmi? – Akademiklərdən cavab  

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının əməkdaşları fəaliyyətləri ilə əlaqədar müxtəlif vaxtlarda elmi ezamiyyə və ekspedisiyada olurlar.

Elmi işçilərin ezamiyyə və ekspedisiya xərcləri hansı şəkildə tənzimlənir ? Onlar maddi çətinliklərləüzləşirlərmi?

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy AzEdu.az-a açıqlamasında bildirib ki, ekspedisiyaya ən çox gedən  dialektologiya şöbəsidir.

“Dialektologiya şöbəsi mütəmadi olaraq çöl ekspedisiyalarını həyata keçirir.Buranın işçiləri insanlarla ünsiyyətdə olub, onların istifadə etdiyi dialektləri toplayırlar.Bu xərclərin qarşılanması üçün xüsusi fond yaradılıb.Həmin qurum lazimi xərcləri qarşılamağı öz üzərinə götürüb.

Biz ezamiyyə xərclərini qanun çərçivəsində həll edirik.Qanunda yazılandan əlavə heç bir addım atmırıq.

Ezamiyyəyə gedənlər pul alırlar.Həmin məvacibi orada qalmaq, yemək  və digər fəaliyyətləri həyata keçirmək üçün xərcləyirlər”.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, ekspedisiyalar AMEA-nın bütün institutlarına maliyyə yardımı ayırması hesabına baş tutur:

“Akademiyanın Rəyasət  Heyətinin təsdiqi və prezident Akif Əlizadənin qərarı iləayrı-ayrı institutlara maliyyə vəsaiti ayrılır.Ezamiyyələr özlüyündə iki yerə ayrılır:daxili və xarici. Folklor İnstitutu daxili ezamiyyələr hesabına əməkdaşlarını bölgələrimizə göndərir.Onlar akademiyanın ayırdığı maliyyə hesabına gedib, material toplayırlar.

Ekspedisiyada olan əməkdaşın borcudur ki, getdiyi bölgədəki mühiti öyrənsin, ziyalılarla əlaqə saxlasın, kəndlərdə və qəsəbələrdəki vəziyyət haqqında məlumat toplasın.

Bu işlərin həyata keçirilməsində ayrı-ayrı qurumlar  yaxından köməklik edirlər. Biz icra hakimiyyətlərinə müraciət edirik.Yerli icra hakimiyyəti bəzən əməkdaşlarımıza maşınlada köməklik göstərir.Onlar əlaqələrin qurulmasında yaxından iştirak edirlər.Mədəniyyət şöbələrinə əməkdaşlarımıza köməklik  göstərmələri üçün müraciət edirik.

Ekspedisiya və ezamiyyələr üçün maliyyə dəstəyi akademiyanın büdcəsindən olur.Qalan dəstək isə mənəvi xarakter daşıyır.Hər hansısa qurum bizə maliyyə dəstəliyi göstərmir.

Ezam olunan şəxsin  səfər və  otel xərcləri  Elmlər Akademiyası tərəfindən ödənilir”.

Şükufə Süleymanlı