Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 13:55:00
Gənclər Fondu bu ixtisasları qazananlara xaricdə təhsil üçün maliyyə yardımı edəcək - SİYAHI  

Xəbər verdiyimi kimi  Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

AzEdu.az-ın məlumatına görə, Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti   üzrə magistr dərəcəsinə qəbul olunmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Gənclər Fondunun rəsmi internet səhifəsində qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müraciətçilər üçün  prioritet ixtisasların siyahısını  təqdim edirik:

Təhsil ixtisasları qrupu

-Təhsil idarəçiliyi

-Təhsildə sosial-psixoloji xidmət 

Humanitar və sosial ixtisaslar qrupu

-Beynəlxalq hava hüququ

-Dövlət Siyasəti

-Psixologiya

 -Sosial iş

 -Sosiologiya

-Turizm hüququ

 Mədəniyyət və incəsənət ixtisasları qrupu

-Abidələrin bərpası və rekonstruksiyası

-Art-menecment

-Xoreoqrafiya sənəti

-İnstrumental ifaçılıq

-Kinooperator

-Kinossenarist

-Kinoşünaslıq

-Musiqişünaslıq

-Muzeyşünaslıq

-Prodüserlik

-Rejissorluq

-Solo oxuma

-Qrafika

-Teatrşünaslıq

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

-Davamlı inkişafın idarə edilməsi

-Davamlı inkişafda təbii ehtiyatların idarəedilməsi

-İnnovasiyaların və layihələrin idarə olunması

-İnvestisiyanın iqtisadi qiymətləndirilməsi

-Mühəndislik layihələrinin idarəedilməsi

-Turizm marketinqi

Təbiət ixtisasları qrupu

-Kompüter elmləri

Texniki və texnoloji  ixtisaslar qrupu

-Aerokosmik mühəndislik (Aerospaceengineering)

-Biotexnologiya

-Böyük verilənlərin emalı və süni intellekt

-Dəniz texnikası və texnologiyası mühəndisliyi

-Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

-Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

-İnformasiya texnologiyaları mühəndisliyi

-Kiber təhlükəsizlik

-Kompüter mühəndisliyi

-Kosmik texnika və texnologiyalar mühəndisliyi

-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

-Memarlıq

-Nanotexnologiya

-Nəqliyyat mühəndisliyi

-Peyk müşahidəsi (“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin

məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün

DÖVLƏT PROQRAMI”na əsasən)

-Proqram mühəndisliyi

-Robototexnika

-Sənaye mühəndisliyi və idarəetmə

-Şəhərlərin nəqliyyat planlaşdırılması və idarə olunması mühəndisliyi

-Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

-Turizmdə informasiya texnologiyalarının tətbiqi

-Yerin məsafədən müşahidəsi və Coğrafi İnformasiya Sistemləri (Remote

sensing and GİS) 

Kənd təsərrüfatı ixtisasları qrupu

-Aqroekologiya

-Aqromühəndislik

-Aqronomluq

-Balıqçılıq və balıqçılıq təsərrüfatı işi

-Baytarlıq

-Ərazi planlaşdırma və rayon plana alınması

-Qida təhlükəsizliyi

-Şərabçılıq

-Torpaqşünaslıq və aqrokimya

-Zootexniklik

Səhiyyə, rifah və xidmət ixtisasları qrupu

-Davamlı turizm

-Destinasiyanınidarəedilməsi

-Əczaçılıq

-İctimai səhiyyə və səhiyyənin idarəedilməsi

-Qlobal turizm idarəçiliyi

-Mədəni irs və turizmin idarəedilməsi

-Tədbir təşkilatçılığı

-Turizm bələdçiliyi

-Turizm və qastronomiya/restoran işi

-Turizm və otelçilik

-Turizm və sosial-mədəni servis xidməti

-Turizmdə mədəni irsin idarəçiliyi

-Turizmdə nəqliyyat xidmətləri

Qeyd edək ki, 23 iyun 2019-cu il saat 18:00-dək müsabiqəyə müraciətlər qəbul ediləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları