Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 09:17:00
Müəllimlərin MİQ və yerdəyişmə müsabiqələri ilə bağlı ən çox verdikləri suallar –Cavablar AzEdu.az-da

 

 AzEdu.az müəllimlərin iş yerinin dəyişdirilməsi (yerdəyişmə)  müsabiqəsi ilə bağlı ən çox verilən suallara cavabları təqdim edir.

-Yerdəyişmə müsabiqəsində kimlər  iştirak edə bilər?

-Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz  müqavilə ilə işləyən müəllimlər sözügedən müsabiqədə iştirak edə bilərlər.

-Müsabiqə zamanı hər hansı  imtahan keçiriləcək?

 -Xeyr, hər hansı  imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses  İnsan Resursları Mərkəzi tərəfindən bir mərhələdə, proqram  təminatı tətbiq olunmaqla həyata  keçiriləcək.

-Yerdəyişmə müsabiqəsində iştirak etmək istəyən  müəllim  hansı imtahan  nəticəsi seçə bilər?

-Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə  və ya işə qəbul müsabiqəsi  nəticəsini seçə bilər.

 -İki ixtisas  malik olan müəllim hazırda işlədiyi  ixtisas üzrə deyil, ikinci  ixtisas üzrə iş yerini  dəyişə bilər?

 -Müəllimlərin iş yeri diaqnostik  qiymətləndirilmədə  və ya işə qəbul üzrə  müsabiqədə  iştirak etdiyi  ixtisasa  uyğun olaraq dəyişdirilir. Yəni, müəllim ikinci  ixtisası üzrə  imtahanda  iştirak edibsə, iş yerini həmin ixtisas üzrə  də dəyişdirə bilər.

-Daimiləşmə müsabiqəsində  uğur qazanan şəxslər yerdəyişmə  müsabiqəsində  iştirak edə  biləcəklər?

-Xeyr, həmin şəxslərlə növbəti  tədris ilindən müddətsiz  əmək müqaviləsi  bağlanılacağı üçün  yerdəyişmə  müsabiqəsində iştirak edə bilməzlər.

-İş yerini dəyişmək istəyən  müəllimlərin imtahan ballarının bəzi sosial  amillərə əsasən artım əmsalı ilə hesablanması nə zaman  və kim tərəfindən həyata keçiriləcək?

-Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra namizədlərin  ərizələrində  qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi  zamanı mövcud  qaydalarda nəzərdə tutulan  sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram  təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

-Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər işə qəbul  müsabiqəsində  iştirak  edərək iş yerini dəyişə bilərmi?

-Həmin müəllimlər 2019-2020-ci  tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu  üzrə müsabiqədə  iştirak edə bilərlər.

Qeyd edək ki, suallar İnsan Resursları Mərkəzinin rəsmi facebook səhifəsinə istinadən cavablandırılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları