Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 19:30:00
Qəbul imtahanında maksimum bal toplayan Tofiq:“Uğurumu öz zəhmətimə borcluyam”

"İmtahana daxil olanda həyəcanlı idim və 400 bal toplayacağımı gözləmirdim"

Bunu AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə qəbul imtahanlarında 400 bal toplayan yeganə abituriyent, Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu Tofiq Müxtəsənov deyib. O bildirib ki, suallar ötən illərlə müqayisədə bir qədər düşündürücü olub:

"İmtahanda həyəcanlı idim, amma çalışqan və bilikli şagirdlər sualları cavablandıra bilərdilər. Buraxılış imtahanında 265 bal toplamışam. Bakı Ali Neft Məktəbinə daxil olmaq fikrindəyəm. Uğurumu ailəmə, müəllimlərimə və öz zəhmətimə borcluyam. Abituriyentlərə də əzmlə, yorulmadan çalışmağı tövsiyə edirəm".

Vunderkindin valideyni saytımıza Tofiqin 2 il boyunca dayanmadan hazırlaşdığını, bu müddət ərzidə mobil telefondan və sosial şəbəkələrdən uzaq olduğunu söyləyib.

Xatırladaq ki,Dövlət İmtahan Mərkəzi 2019-cu il mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları