Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 15:22:00
Abituriyentlər gələn il builki nəticə ilə kolleclərə  qəbul oluna biləcəklər - RƏSMİ

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanının) nəticəsi 2 il qüvvədə olur. Abituriyent müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə ilə növbəti il V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində imtahansız iştirak edə bilər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Eyni zamanda abituriyentə müsabiqə şərtlərini ödədiyi təqdirdə ötənilki balla 9 və 11 illik orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək hüququ verilir.

Lakin abituriyentin I,II,III və IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün müvafiq illərdə qəbul imtahanının ikinci mərhələsində iştirakı məcburidir.

Abituriyent əvvəlki il iştirak etdiyi buraxılış imtahanının nəticəsindən razı deyilsə, qəbul imtahanı verəcəyi il yenidən buraxılış imtahanına  daxil ola bilər.

Bu zaman o, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü seçəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları