Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 11:56:56
Kolleclərə qəbul üzrə minimal ballar – ŞƏRTLƏR  

9 illik bazadaixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

AzEdu.az-abu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.(xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Xatırladaq ki, 9 illik bazada kolleclərin ixtisas seçimi 24 iyul - 5 avqust, 11 illik bazada ixtisas seçimi 15 - 19 avqust tarixlərində keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları