Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 16:23:50
Bugünkü imtahana 1 nəfər başqasının yerinə girməyə cəhd edib - RƏSMİ

II və III fənn blokuna daxil olan ixtisaslar üzrə qəbul imtahanı artıq  yekunlaşıb. Hər zamankı kimi imtahandan kənarlaşdırılanlar da olub.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O, təəssüflə bildirib ki, bu imtahanda da hər hansı abituriyentin yerinə imtahan verməyə cəhd edənlər olub. Mingəçevir şəhərində 1 nəfər başqasının yerinə imtahan girməyə cəhd etsə də, üz tanıma cihazı vasitəsilə aşkarlanıb və imtahana buraxılmayıb.

Bundan əlavə, imtahana doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin sürəti ilə girməyə cəhd edənlər olub. Bu yolverilməzdir və qayda pozuntusudur".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları