Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 13:46:00
I-IV qruplar üzrə qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələri 1 həftə ərzində açıqlanacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. 

Məlumatda qeyd olunur ki, mayın 12-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri yaxın 1 həftə ərzində elan olunacaq.

Qeyd edək ki, mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanıb. 

 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları