Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 13:50:00
Hazırda prorektor, kafedra müdiri işləyən sabiq vəzifəlilər – Birinci yazı

 

 Azərbaycanda keçmişdə yüksək vəzifələri icra edib hazırda elmi fəaliyyətlə məşğul olan şəxslərin sayı az deyil.

Həmin şəxslər hazırda ali təhsil müəssisələrində elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

AzEdu.az  onların keçmiş və hazırki vəzifələrini təqdim edir:

Millət vəkili,  iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev hazırda UNEC-in  Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiridir. O, 2004-2014-cü illərdə UNEC-in rektoru vəzifəsində çalışıb.

Keçmiş deputat Ceyhun Osmanlı  hazırda Odlar Yurdu Universitetində prorektor vəzifəsində çalışır.

İqtisad elmləri doktoru, professor Nizami Xudiyev  hazırda UNEC Elmi-Metodik Şurasının, Dissertasiya Şurasının və fakültə Elmi Şurasının üzvüdür. O, eyni zamanda sabiq deputatdır.

Bakı Dövlət Universitetinin keçmiş rektoru, akademik Abel Məhərrəmov da Milli Məclisin  deputatı  olub. Kimyaçı alim hazırda BDU-nun üzvi kimya kafedrasının müdiridir.

İqtisad elmləri namizədi Heydər Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur. O, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, iqtisad elmləri doktoru Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir olaraq çalışır.

Azərbaycan Respublikasının eks-maliyyə naziri, professor Əvəz Ələkbərov hazırda UNEC-in Maliyyə və maliyyə institutları” kafedrasının müdiridir.

Sabiq Ekologiya və Təbii Sərvətlər Naziri, professor Hüseyn Bağırov Qərb Universitetinin təsisçisi, fəxri prezidentidir.

Azərbaycan Respublikasının keçmiş maliyyə naziri (1992-1993), iqtisad elmləri dokturu, professor Saleh Məmmədov isə hazırda Təhsil Tv-də çalışır.

Keçmiş deputat, akademik Qərib Məmmədov 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir.

Qeyd edək ki, daha bir sabiq deputat Elton Məmmədov bir neçə gün bundan öncə Azərbaycan Texniki Universitetinin prorektoru təyin olunub.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları