Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 09:51:00
Firudin Cəlilov hazırda İstanbulda müalicə alır: “Səhhətim...”

 

Sabiq təhsil naziri, professor  Firudin Cəlilov bir müddətdir ki, səhhəti ilə əlaqədar işlərinə ara verib.

AzEdu.az sabiq nazirin səhhəti  ilə maraqlanıb.

Hazırda İstanbulda müalicə alan Firudin Cəlilov sağlamlığının yaxşıya doğru getdiyini vurğulayıb:

“İndi İstanbuldayam. Müalicə prosesim yaxşı gedir və öz effektini verir. Hazırda yekunlaşmaq üzrədir. Bəzən çölə çıxıb, təmiz hava alıram. Bu da səhhətimə yaxşı təsir göstərir.10-15 gün müddətində Azərbaycana qayıtmağı planlaşdırıram.

Bakıya qayıtdıqdan sonra yarı qalan yazı işlərimi və elmi fəaliyyətimi davam etdirmək fikirindəyəm”.

Qeyd edək ki, Firudin Cəlilov 18 may 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

 Həmçinin o, elmi fəaliyyətində Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmiya nəzəriyyəsini irəli sürüb. Bu nəzəriyyəyə görə türk etnosu və türk dili Orta Asiyada - Altaylarda yox, Ön Asiyada, o cümlədən Azərbaycanda formalaşıb.

9 cildlik ("Doqquz bitik") "Azərbaycan türklərinin islamaqədər tarixi" əsərini yazıb. Bu əsərin ilk üç cildi 2014-cü ildə çap olunub.

 Şükufə Süleymanlı