Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 09:12:00
Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

Bu gün növbəti TOEFL IBT və "PTE Academic" ingilis dili imtahanları keçiriləcək. İmtahanlar Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

DİM-dən  AzEdu.az-a  verilən məlumata görə, TOEFL IBT imtahanı saat 09:30-da başlayacaq. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

"PTE Academic" ingilis dili imtahanı isə saat 10:00-da başlayacaq.