Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 16:45:00
Azərbaycanı “Avroviziya”da təmsil edənlərin ali  təhsilləri – diş texnikliyini oxuyan, ABŞ-da təhsil alan...  

Bir neçə gündür ki, bütün Avropanın diqqəti 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin üzərindədir.

Azərbaycanı “Avroviziya-2019” yarışmasında Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edir.

Bildirək ki, Çingiz Mustafayev Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil alıb.

AzEdu.az bu dəfə “Avroviziya” mahnı müsabiqəsində təmsil edən ali təhsilli  Azərbaycan müğənnilərini təqdim edir:

Azərbaycanı ilk dəfə olaraq “Avroviziya-2008” mahnı müsabiqəsində  Samir CavadzadəElnur Hüseynov  təmsil edib.

Samir Cavadzadə 1980-cı ildə Bakıda anadan olub. O, 1992-ci ildə 9 nömrəli musiqi məktəbində oxumağa başlayıb.Samir Cavadzadə 1997-ci ildə Biznes Universitetinə daxil olub.  Universiteti bitirdikdən sonra isə 5 il muğam kurslarında oxuyub.

Elnur Hüseynov 1987-ci ildə Türkmənistanın Aşqabad şəhərində  anadan olub.   Anası musiqi nəzəriyyəçisi, atası isə hərbi həkimdir.

Elnur Hüseynov 2000-ci ildə Tibb Məktəbinin diş texniki ixtisasına qəbul olub.Lakin 2001-ci ildə Tibb Məktəbini tərk edərək Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb.

2009-cu ildə 54-cü  “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı  Aysel Teymurzadə ilə  Araş təmsil edib. “Avroviziya-2009” mahnı müsabiqəsinin  keçirilən finalında Aysel və Araş 42 ölkədən 207 xal alaraq III yeri tutublar. Aysel Teymurzadə 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"-a daxil olub. Təhsil aldığı müddət ərzində Amerika Birləşmiş Ştatlarında gənclərin musiqi müsabiqəsində iştirak edərək qızıl medal qazanıb. 

Azərbaycanı tarixində ilk dəfə olaraq bu mahnı müsabiqəsinin qalibi edən Eldar Qasımov  ali təhsil alan müğənnilər siyahısındadır.

Eldar Qasımov 1989-cu ildə Bakı şəhərində anadan olub.O,2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alaraq fərqlənmə diplomu ilə bitirib. Eldar Qasımov 2006-2010-cu illərdə Bakı Slavyan Universitetində Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. O, təhsilinin magistr dərəcəsini qırmızı diplomla bitirib. Həmçinin, 2010-cu ildə  BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub.

“Avroviziya-2011” mahnı  müsabiqəsinin digər qalibi-Eldar Qasımovun duet ortağı  olan Nigar Camal da ali  təhsil alıb.O, 1980-ci ildə Bakı şəhərində anadan olub.Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakültəsinin məzunu olub. 

Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində isə Səbinə Babayeva təmsil edib. Səbinə Babayeva 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəznində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinifində təhsil alıb.

Avroviziya mahnı müsabiqəsində ölkəmizi təmsil edən Fərid Məmmədov ali təhsil alan müğənnilərdən biridir.O, 1991-ci ildə  Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində alıb. Fərid Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

Azərbaycanı 2014-cü ildə Avroviziya yarışmasında isə Dilarə Kazımova təmsil edib. O,Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera vokalı ixtisasını bitirib.

2016-cı ildə Avroviziya yarışmasında ölkəmizi təmsil edən Səmra Rəhimli də ali təhsil alan müğənnilərdəndir.O, 1994-cü ildə Bakı şəhərində anadan olub. Səmra Rəhimli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub.

Azərbaycanı “Avroviziya-2017” mahnı müsabiqəsində isə Diana Hacıyevatəmsil edib.DianaHacıyeva1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olub.2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnib.

Azərbaycanı“Avroviziya-2018” mahnı müsabiqəsində Aysel Məmmədova səsləndirsədə lakin finala keçə bilməyib. Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub.O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. Həmçinin, 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları