Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 09:37:29
Təhsil üçün ölkəsini deyil, başqa yerləri seçən dünya məşhurları – İlk yazı  

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, insanların xaricdə təhsilə marağı daha da artıb.

Dünyanın ən qabaqcıl  texnologiyalarına malik ölkələrində belə insanlar xaricdə təhsil almağı hədəfləyir.

AzEdu.az bu dəfə xaricdə təhsil alan məşhurları təqdim edir:

Xaricdə təhsil almış liderlərdən biri də Mahatma Qandidir. Mahatma Qandi Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideridir. O, Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxarıb, həm də dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olub.Hindistanlı Mahatma Qandi Böyük Britaniyanın London Universitet Kollecində hüquq ixtisası üzrə təhsil alıb.

Cənubi Afrika Respublikasında anadan olan İlon Mask xaricdə təhsil alan məşhurlar siyahısına daxil edilir. İlon Mask  biznesmen, mühəndis, ixtiraçı və investordur.  O, “Paypal”, “SpaceX”, “TeslaMotors” və “Zip2” şirkətlərinin qurucusudur. İlon Mask Kanadanın “Queen’sUniversity”dən məzun olduqdan sonra  ABŞ-ın Pensilvaniya Universitetində təhsil alıb.

Harper Lee dünyada ən çox kitabı satılan yazıçılar biridir. Amerikada anadan olanHarperLee də  xaricdə təhsil alan məşhur siyahısına daxildir. Onun ən məşhur əsərlərindən biri də “Bülbülü öldürmək” romanıdır. “Bülbülü öldürmək” romanı nəşr edildikdən sonra HarperLeePulitser mükafatını qazanıb. Harper Lee ABŞ-ın Alabama Universitetində  hüquq ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini  isə  Böyük Britaniyanın Oksford Universitetində davam etdirib.

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klinton da təhsilini xaricdə alıb.O, Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti olub. BillKlintonABŞ-ın Arkanzas ştatında dünyaya gəlib.O, Corctaun Universitetindən məzun olduqdan sonra Böyük BritaniyanınOksford universitetində təhsilini davam etdirib.

“Toyota Motor Corporation”un rəhbəri yaponiyalı AkioToyada xaricdə təhsil alan məşhurlar siyahısındadır. O Yaponiyanın “Keio University”dən  məzun olduqdan sonra Amerikanın “BabsonCollege”də MBA üzrə təhsil alıb.

Məşhur amerikan modelyer Vera Vanqda xaricdə təhsil alıb.O, 1949-cu ildə Nyu-Yorkda anadan olub. VeraVanqda Fransanın “University of Paris Sorbonne”də təhsil alıb.

Tayvanlı rejissor və prodüser olan Enq Li də xaricdə təhsil alıb. O, Berlin Film Festivalında iki dəfə "Qızıl Ayı" laureatının qalib olub. Həmçinin, EnqLi "Qızıl Aslan" Venesiya Film Festivalının  da qalibidir. EnqLi Tayvan universitetində təhsil aldıqdan sonra Amerikada oxumağa qərar verib. O, AmerikanınNyuYork Universitetində təhsil alıb. (ardı  var)

Günel Yaşarqızı
Müəllifin digər yazıları