Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 10:44:55
“Azərbaycanlı dizaynerin hazırladığı model ABŞ-da 165 min dollara satılır” –“Beyin axını” və itkilər  

Zaman-zaman ölkəmizdən xaricə gedən  “beyin axını”ziyalılarımızı hər zaman narahat edib.

Təhsil eksperti Etibar Əliyev facebook sosial şəbəkəsində bu məsələ barəsində danışarkən, bir neçə mənfi detalı da vurğulayıb.

Onun sözlərinə görə "Beyin axını" kiçik ölkələri pis vəziyyətə salıb. Azərbaycanı xeyli sayda elm adamlarımız tərk edib. Ölkə əsl alim üzünə həsrət qalıb”

AzEdu.az mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin fikirlərini öyrənib. Qeyd edək ki, Zaur Əliyev “beyin axını” məsələləri  və onun mənfi nəticələri ilə bağlı bir çox araşdırmaların müəllifidir:

O sözlərində təhsil və siyasi-iqtisadi səbəblərdən Azərbaycanı tərk edən şəxslərin beyin axınına qoşulanlar olduğunu vurğulayıb:

“Bu azərbaycanlıların 60%-i Vətənə qayıtmaq barəsində düşünsələrdə, 20% qayıtmayacaqlarına tam əmindirlər. Yerdə qalan 20% isə Vətənə geri qayıtmaq, yoxsa qalıb burada yaşamaq arasında çıxış yolu tapa bilmirlər.

 Təhsil məqsədilə ölkəni tərk edib gedən azərbaycanlıların ideoloji düşüncəsi zəif olduqlarından onlar daha tez təsir altına düşürlər. Məsələn; Türkiyə, İran, Misir, Malaziya və digər ölkələrdə təhsil alan tələbələrimizin çox hissəsi dinlə bağlılığı olan şəxslər kimi geri dönürlər. Azərbaycanda dini təhsilin passiv olmasını səbəb göstərən gənclərimizin panislamizm, pantürkizm, panfarsizm və digər təsirlər altına düşməsi olduqca təhlükəli və qorxuludur.

Avropa və Amerika ölkələrində təhsil alan gənclərimizin əksəriyyəti kosmopolit ideologiyası təsirinə düşürlər. Qərb dövlətlərində təhsil almaq istəyən gənclərimiz öz məqsədlərinə çatdıqdan sonra Vətənə qayıdırlar, lakin artıq onlara doğma yerlərdə yaşamaq çətinliklər yaradırlar. Belə gənclərin yenidən bu mühitə uyğunlaşması üçün təxminən 6 ay-1 il arası vaxt tələb olunur. Qərb təsirinin nəticəsində bir çox gəncimiz birdəfəlik olaraq xaricdə yaşamaq xətrinə «beyin axını» prosesinə qoşulurlar.

 Zaur Əliyev  bu problemə qarşı mübarizə aparmağın mümkün olduğunu deyir:

“Məsələn,texnoparkların salınması, iş yerlərinin salınması problemi az da olsa həll edə bilər. Axını zəiflətmək üçün hətta Çin hökuməti 2010-cu ildən professor və tədqiqatçılara 158,5 min dollar dəyərində bonus təqdim edir”.

Müsahibimiz  “beyin axını”nı prosesinin, əsasən, müstəqillik illərinə təsadüf etdiyini  vurğulayır:

“Həmin dövrün iqtisadi durğunluğu ixtisaslı kadrların ölkədən getməsinə gətirib çıxarırdı. Dövrün əksər ziyalı təbəqəsi, həmçinin ixtisaslı kadrlar maddi problemləri səbəb kimi göstərərək xaricə üz tuturdular.

Lakin sonrakı illərdə iqtisadıyyatın davamlı inkişafı da “beyin axını”ın qarşısını ala bilmədi. Xaricdə təhsil imkanlarından istifadənin asanlaşdırılması növbəti “beyin axını”nın başlanğıcı oldu. Təhsil aldıqları ölkənin iqtisadi, sosial vəziyyətinə uyğunlaşmış bu təbəqə ölkədəki bu şəraiti görmədikdə artıq yadlaşmağa başlayırlar. Ölkədən kənarda təhsil almış vətəndaşlar ölkədəki iqtisadi artım tempinə uyğunlaşmayaraq fəaliyyətlərini ölkədən kənarda davam etdirməyi qərarlaşdırırlar”.

 O sözlərində həmçinin,son onilliklərdə beynəlxalq tələbə mobilliyinin həcminin genişlənməsi ilə  onu dövlətlərarası beynəlxalq rəqabətin obyektinə, digər tərəfdən isə təhsil üzrə mobilliyi əsas miqrasiya kanallarından birinə çevrildiyini deyib:

“Nəticə etibarilə isə birmənalı olaraq beynəlxalq tələbə mobilliyinin bəzi ölkələr üçün “beyin qazancı” (braingain) mənbəyinə çevrilməsi bu sahədə geridə qalmış ölkələr üçün potensial “beyin axını” (braindrain) təhlükəsi yaradıb. Bu mənada ölkədəki insan kapitalında artım kimi də başa düşülən “beyin qazancı” ölkədəki ali təhsilli şəxslərin sayının artması, insan kapitalında azalma olan “beyin axını” isə bu və ya digər səbəbdən ölkəni tərk edən ali təhsilli şəxslərin sayı ilə ölçülür. Lakin “beyin axını” eləcə də gedilən ölkədə elmi inkişafa səbəb olur və nəticədə isə bu nailiyyətlər dünyanın hesabına yazılmış olur. Bu baxımdan “beyin axını”nın müsbət cəhətlərə də sahib olmasını deyə bilərik. Bəlkə də o mütəxəssis öz ölkəsində biliyini nümayiş etdirə bilməyəcəkdi. Məsələn, görkəmli alim LütfiZadənin ABŞ-a üz tutması bəlkə də ən doğru seçim oldu. İntellektualların bir hissəsinin ölkəmizə qayıtmaması bir çox nəticələrə gətirib çıxarır. Əgər onlar qayıtsaydı, böyük bir hissəsi ölkəmizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilərdi. Bir gənc, məsələn, İtaliyada kompüter elmləri sahəsində ixtisaslaşıb ölkəmizə qayıtsa, bu sahədə hər hansı bir yenilik edərək, Azərbaycanın adını yüksəklərə qaldıra bilər. Doğrudur, ola bilər ki, onun istifadə etdiyi texnoloji avadanlıqlar bugün yoxdur, lakin Prezident İlham Əliyev intellektualları dəstəkləyir. Belə bir inkişaf üçün dövlətimiz bütün növ köməkliklər göstərir.” .

O sözlərində Azərbaycan adına iş görən intellektuallardünya üçün kifayət qədər faydalı olduğunu bildirir:

“Çünki onlar Azərbaycançılıq naminə işlər görürlər. Məsələn, dizayner Samir Sadıxov- o Ferrari üçün “Ferrari Xəzri” modelini dizayn etmişdir. Bu model hələki konsepsiya olsa da onun dizayn etdiyi RezvaniBeast modeli artıq Amerikada 165.000 dollara satışdadır. Bu cür “beyin axını” qaçınılmazdır. Çünki Azərbaycanda bu sahədəbəzi boşluqlar var. İntellektualın yadlaşması problemi də birbaşa “beyin axını” probleminin nəticəsidir”

Zaur Əliyev  qeyd edir ki, “beyin axını” ilə üzləşən dövlətlər özünü elə həmin andan etibarən intellektualın cəmiyyətə yadlaşmasınahazırlamalıdır:

“Psixoloji aspektdən yanaşsaq, hər bir kəs əməyinə daha çox dəyər verilən yerdə fəaliyyət göstərməyi və uğur qazandıqdan sonra (əlbəttə ki, bunun əksi də ola bilər), ona uğuru qazandıran cəmiyyətə xidmət etməyi seçəcək. Bu, dövlətə iqtisadi zərər vursa da fikrimcə bu problemlin qarşısını almaq elə də asan deyil”.

Şükufə Süleymanlı