Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 10:00:00
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi I-IV qruplar üzrə 24 iyul – 6 avqust tarixlərində aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra V qrup üzrə ixtisas seçimi də 24 iyuldan 6 avqusta qədər aparılacaq.

Boş qalan yerlərə seçimin 15 - 19 avqust tarixlərində aparılması nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları