Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 08:52:00
Ölkə əsl alim üzünə həsrət qalıb  

"Beyin axını" kiçik ölkələri pis vəziyyətə salıb. Azərbaycanı xeyli sayda elm adamlarımız tərk edib. Ölkə əsl alim üzünə həsrət qalıb. Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir: Onlar burda olsaydılar daha yaxşı olmazdımı? Təbiət elmlərinin tanınmış alimlərinin yeri daha çox görünür. Yeni nəsil fizik, riyaziyyatçı, kimyaçı, İKT mütəxəssisləri yetişdirmək olduqca vacibdir. İnsan kapitalından danışırıq: Bu paradiqmanın tutumunu humanitar elmlər təşkil etmir. Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər. Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə özlərinə sığışdırmırlar bunu! Elm adamı umu -küsünü unutmalıdır. Əməkhaqqı və universitetlərdəki mühit bəhanə gətirilə bilər. Burda tələbənin və şagirdin heç bir günahı yoxdur. ABŞ, Çin, Hindistan kimi ölkələrə beyin axınının təsiri hiss olunmur. Ancaq bizdə artıq bu aclıq forması kimi özünü biruzə verir.

Etibar Əliyev,
Təhsil eksperti