Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-14 11:05:00
Tehranda tələbələr hicaba qarşı etiraz ediblər  

Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

AzEdu.az xəbər verir ki, bu barədə “Anadolu”  Agentliyi məlumat yayıb.

Bildirilir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz ediblər.

Tələbələr əllərində “Bizim seçim hüququmuz var!” və “Ölüm alçalmaqdan yaxşıdır!” kimi şüarlar yazılan plakatlar tutublar.

Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər. 

Bu zaman islahatçı tələbələrlə mühafizəkar tələbələr arasında mütəmadi olaraq toqquşmalar baş verib. Mühafizəkarlar aksiyanın keçirilməsinə mane olmağa çalışıblar, iştirakçıları qanunlara riayət etməyə və universiteti tərk etməyə çağırıblar.