Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-13 13:05:00
Dünən I və IV qruplar üzrə imtahan verən ən yaşlı və ən gənc abituriyent - Yaşları  

Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirakı nəzərdə tutulan edən ən yaşlı abituriyentin 53, ən gəncin isə 14 yaşı var.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, dünənki imtahanda iştirak etmək üçün ərizəsini təsdiq edən abituriyentlərdən ən yaşlısı 1966-cı, ən gənci isə 2004-cü ildəndir.

Xatırladaq ki, bütün ixtisas qrupları üzrə ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak edən ən yaşlı abituriyentin 59, ən gəncin isə 14 yaşı var.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları