Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-13 11:54:00
Son qəbul imtahanında “sürüşən sualların” sayı artıb – Uğursuzluq yaradacaq diqqətsizlik  

“Mayın 12-də keçirilən qəbul imtahanında abituriyentlərin yol verdikləri “sürüşdürmə” hallarının sayı çoxdur. Bu barədə Dövlət İmtahan Mərkəzinə çoxsaylı müraciətlər daxil olur”.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki, iştirakçıların əksəriyyəti qapalı tipli test tapşırıqlarının kodlaşdırılması zamanı səhvlərə yol verib:

“Sualların düzgün cavabları “cavab kartı”na və “cavab vərəqi”nə qeyd olunur. “Cavab kart”larına qapalı tipli tapşırıqların cavabları kodlaşdırılır. Abituriyentlərin kodlaşdırma zamanı yol verdikləri “sürüşdürmə” hallarının sayı çoxdur. Bu barədə Dövlət İmtahan Mərkəzinə çoxsaylı müraciətlər daxil olur.

Abituriyent “cavab vərəqlər”ində də diqqətsizlik edərək bir sualın cavabı üçün ayrılmış bölməyə digər sualın cavabını yazır. Belə olan halda həmin sual “sıfır”la qiymətləndirilir.

İştirakçılara səhvə yol verməmək üçün “cavab kart”ını işləyərkən sadə karandaşdan istifadə etmələri tövsiyə olunur. Bu onlara etdikləri səhvi sonradan düzəltmək imkanı verir. “Cavab vərəqlər”ini isə qələmlə oxunaqlı və səliqəli formada yazmaq lazımdır”.

Qeyd edək ki,  mayın 12-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları