Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 18:00:00
Məktəbəqədər yaşlı uşaqların sağlamlığı üçün nə etməli?– Dünya Səhiyyə Təşkilatından tövsiyələr
ÜST 5 yaşından kiçik uşaqların sağlam həyat tərzi ilə bağlı tövsiyyələrini dərc edib.  
 
AzEdu.az Medicina.az-a istinadən  xəbər verir ki, ilk buraxılışda fiziki aktivlik, oturaq həyat tərzi və yuxu normalarına dair məsləhətlər yer alıb.
Təlimat ciddi elmi araşdırmalar və təcrübələrin nəticələrinə əsaslanıb.
 
Ona görə hər bir valideyn əgər yaşı 1-5 yaş arası övladı varsa, bunlara əməl etməlidir.
 
-Hazırda uşaqlarda piylənmə kəskin artır, profilaktika çox erkən yaşda başlanmalıdır. Uşaqların fiziki aktivliyini artırmaq üçün onlar gündə bir neçə dəfə 30 dəqiqə müddətində döşəmədə oynamalı, eləcə də qarnı üzərində hərəkət etməlidir. Bu 1-2 yaş qrupu üçündür. 
 
-Körpəni stulda, divanda və ya kolyaskada 1 saatdan artıq oturaq vəziyyətdə saxlamaq olmaz.  Maksimum 40 dəqiqədən sonra yerini dəyişməli, hərəkət etməlidir.
 
-Telefon, televizor – 2 yaşa kimi olmaz, 2-5 yaş gündə 30 dəqiqədən artıq baxmamalıdır. 
-0-3 aylıq uşaqlar sutkada 15-17 saat yuxu rejimi olmalıdır. 4-11 aylarda isə 11-16 saat. 
-1-2 yaş uşaqlar sutkada 3 saatdan az olmayaraq aktiv oyunlar oynamalıdır.  
 
-Uşaq birdəfəyə 1 saatdan artıq oturmamalıdır. Xüsusən çarpayıda, divanda oturub 2-3 saat ekrana baxmaq qəti olmaz. 
-2-5 yaş arası uşaqlar gündə 12 saat keyfiyyətli yuxu almalıdır.
 
-3-5 yaş arası uşaqlar açıq havada ən azı 1 saat orta intensivli hərəkətli oyunlar oynamalıdır. 
 
-Uşaqlar ayaqüstü qidalandırılır, bazar günləri belə hərəkətsiz olur. 4-5 yaşlı uşaqları valideynlər əlavə fiziki və zehni məşğələlərlə yükləyir, uşaqların dincəlməyə vaxtı olmur, ona görə onlar həftə sonuna yorğun və əzgin çatırlar.  Valideynlər 4-5 yaşlı uşaqları əlavə məşğələləri  hər gün yox, həftədə 2 dəfə verməlidir.