Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 14:00:00
Qəbul imtahanları başa çatdı

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılır. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2562 nəzarətçi-müəllim cəlb olunub.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib.

Saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.