Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 13:58:00
Qəbul imtahanında iştirak edənlərin bölgələr üzrə  statistikası - RƏQƏMLƏR

Bu gün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında Bakı şəhəri üzrə 14.195 abituriyentin iştirakı nəzərdə tutulub. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, imtahanlarda Naxçıvandan 721, Gəncədən 3.557, Sumqayıtdan 2.080, Mingəçevirdən 1.603, Şəkidə 2.177, Bərdədən 1.167, Göyçaydan 1.534, Şirvandan 1.655, Lənkərandan 1.989, Xaçmazdan isə 1.495 abituriyentin imtahan verəcəyi gözlənilir.

Xatırladaq ki, imtahanda ümumilikdə 32.173 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 27.225 abituriyent I qrup üzrə, 4.948 abituriyent isə IV qrup üzrə imtahan verir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları