Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 09:54:00
Qəbul imtahanında iştirak edəcək oğlanların sayı qızlardan bu qədər çoxdur -STATİSTİKA

Bu gün keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin 19.438 nəfəri oğlan (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12.735 nəfəri isə qızlardan(I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər) ibarətdir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, şagirdlərin 28.288 nəfəri cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir).

48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.

Xatırladaq ki, bu gün  ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 32.173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27.225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları