Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 09:51:00
Bu gün qəbul imtahanlarıyla bağlı canlı yayım ediləcək

2019-cu il mayın 12-də və 19-da I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlarda on minlərlə abituriyentin iştirak nəzərdə tutulur. 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatlığın aradan qaldırılması və idarəolunması mühüm əhəmiyyət kəsb edir.

Bu gün saat 15.00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə abituriyentlərin imtahana psixoloji hazırlığı mövzusunda canlı yayım ediləcək. Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin əməkdaşı, psixoloq Pərviz Kazımov canlı yayımın qonağı olacaq və imtahan öncəsi abituriyentlərə öz tövsiyələrini verəcək.

Bu mövzuda sizi maraqlandıran sualları postun altına yaza bilərsiniz.