Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 20:22:00
Masallıda  yeni körpələr evi-uşaq bağçası istifadəyə verildi

Masallı rayonunun Sərçuvar kəndində yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib.  AzEdu.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü, həmçinin yeni körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərinə təbriklərini çatdırıblar.

Çıxışlarda ölkəmizdə gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından bəhs olunub. Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətini yüksək dəyərləndiriblər.

Tədbir uşaqların hazırladığı kosert proqramı ilə davam edib.