Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 16:45:00
Cəbiş müəllimi əslində, bu aktyor oynamalı imiş? – Maraqlı fakt

1969-cu ildə ekranlaşdırılan və bu gün bitməsinin 74-cü ildönümü yaşanılan II Dünya Müharibəsi haqqında çəkilən ən güclü filmlərdən biri “Bizim Cəbiş müəllim”in  filminin Maqsud İbrahimbəyov, rejissoru isə Həsən Seyidbəylidir. Süleyman Ələsgərovun baş rolu canlandırdığı filmdə sonradan bir çox səhnələr qayçılanıb. 

 AzEdu.az Azərbaycanda müəllim obrazını ən yaxşı tanıdan bur film haqqında maraqlı faktı təqdim edir:

 Cəbiş müəllim obrazını mükəmməl ifa edən və buna görə də SSRİ-nin xüsusi mükafatına layiq görülən aktyor Süleyman Ələsgərov özünü kinoda bəxtsiz sayırmış. Çünki onu Azərbaycanda daha çox tanıdan “Bizim Cəbiş müəllim”ə  qədər aktyor 17 filmə çəkilmişdi. Onların arasında “Bəxtiyar”, “Dağlarda döyüş”, “İstintaq davam edir”, “Köhnə bərə” kimi məşhur filmlər olsa da, aktyor  kino karyerasından məmnun deyilmiş. Çünki özünün də sonradan dediyinə görə, onu hər zaman əsas rollar üçün dəvət edər, sınaq çəkilişlərində yoxlayar, uğurlu oyununa rəğmən baş rola dəvət etməzmişlər. Əvəzində hər hansı epizodik rolu ona həvalə edərmişlər. Beləcə, aktyorda küskünlük və özünəinamsızlıq da formalaşmışdı. Odur ki, “Bizim Cəbiş müəllim” filmində də əsas rol üçün sınaq çəkilişinə dəvət ediləndə aktyor buna etiraz edir.  “Məni neçə dəfə aldadıblar. Epizod varsa, gəlim çəkilim. Baş rol lazım deyil”, deyərək, Cəbiş müəllimdən imtina edib. 

Lakin rejissor Həsən Seyidbəylinin  məsələyə müdaxilə edərək aktyoru razı salır. Çünki rejissor öz seçimində israrlı idi. Baxmayaraq ki, Cəbiş müəllim obrazı üçün Süleyman Ələsgərovdan daha məşhur və nüfuzlu Rza Təhmasib də bu rol üçün dəvət edilmişdi. Çoxları dövrün həm də məşhur rejissor olan R. Təhmasibin bu rolu canlandıracağını düşünürdü. Lakin filmlərində hər zaman yeniliyə can atan, riski sevən H. Seyidbəyli Süleyman Ələsgərovu baş rola təsdiqləyir.